Məşhur Hollivud ulduzu həbs edildi - FOTOLAR

MAQAZİN
12:44 22.04.2013
3457
Hollivudun tanınmış aktrisalarından olan Riz Uizerspun həbs edilib.Aktrisa yol polisinə itaət göstərməkdən imtina etdiyinə və xuliqanlığa yol verdiyinə görə Corciya ştatının polisi tərəfindən qandallanıb.Belə ki, yol-patrul xidməti içində Riz Uizerspunun olduğu avtomobilin hərəkət zolağından çıxdığını görüb və avtomobili saxlayıb. Polis avtomobili idarə edən aktrisanın həyat yoldaşı Ceyms Totdan alkoqol testi üçün maşından enməyi, aktrisaya isə maşında qalmağı göstəriş verib. Lakin Hollivud ulduzu itaət etməyərək, avtomobildən enib və asayiş keşikçisinin üstünə qışqırmağa başlayıb, buna görə də həbs edilib. Aktrisanın həyat yoldaşına qarşı içkili vəziyyətdə sükan arxasına əyləşmək maddəsi ilə ittiham irəli sürülüb.Qeyd edək ki, dəfələrlə "Qızıl Qlobus" mükafatı alan Riz Uizerspun "Qanuni sarışın" filmindəki Ell Vuds rolu ilə dünya şöhrəti qazanıb.

OXŞAR XƏBƏRLƏR