Hollivud ulduzu Şeron Stoun səhv diaqnozun qurbanı olduğunu açıqlayıb.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, səhv diaqnozdan sonra keçirdiyi əməliyyat nəticəsində böyük ağrılar keçirdiyini və bu səbəbdən ikinci həkim rəyi almaq istədiyini izah edən Stoun bədənində böyüyən şişin aşkarlandığını bildirib.
Məşhur aktrisa əməliyyat olunacağını bildirib.
Qeyd edək ki, Şeron Stoun 2001-ci ildə döş qəfəsindəki xoşxassəli şişləri çıxarmaq üçün əməliyyat keçirib. Stoun əməliyyatdan sonra beyin qanaması keçirib və iflic olub.
Mikayıl