Məşhur ultramarafonçu və dietoloq Kristina Santurino 36 yaşında vəfat edib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bu yaxınlarda 2025-ci il Zeqama-Aizkorri dağ marafonunu başa vuran məşhur ultramarafonçu və dietoloq Kristina Santurino 36-cı doğum günündə, iyunun 10-da vəfat edib.
El Hierroda yaşayan Madrid əsilli idmançı qida elmləri üzrə yüksək fərqlənmə diplomu ilə doktorluq dərəcəsi alıb və uzun məsafəli dağ yarışlarında ixtisaslaşıb.
İdmançının ölüm səbəbi açıqlanmayıb.
Qeyd edək ki, İspan Santurino, hər bir idmançının fərqli ehtiyacları olduğunu və sabit pəhriz tətbiq oluna bilməyəcəyini müdafiə edərək, fiziki performansı artırmaq istəməyin vacib olmadığını, əsas məqsədin potensialı maksimuma çatdırmaq olduğunu ifadə edərək, qidalanma araşdırmalarını buna uyğun istiqamətləndirib.
Oksana