İtkin düşən məşhur idmançı ölü tapıldı

İtkin düşən məşhur idmançı ölü tapıldı
DÜNYA
16:04 21.09.2022
329
Depressiya səbəbiylə 2021-ci ildə karyerasını bitirən Jalen Hill 22 yaşında vəfat edib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, xəbəri Hillin ailəsi açıqlayıb.

Bildirilib ki, məşhur idmançı əvvəl itkin düşüb, daha sonra ölü tapılıb.

Qeyd edək ki, Jalen Hill 2017-2021-ci illər arasında NCAA-nın elit komandalarından olan UCLA-da çıxış edib.

UCLA forması ilə dörd uğurlu ildən sonra Jalen Hill keçən ilin aprelində basketbol karyerasını başa vurub. O, açıqlamasında bildirib ki, həyəcan və depressiyaya düşdüyü üçün bu qərarı verib.
 
Aydın
OXŞAR XƏBƏRLƏR