"Sehrli" ləqəbli basketbolçu Ervin Consonun milyarderlər siyahısında dördüncü idmançı kimi tarixə düşüb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, basketboldan "sehrli gücünü” iş dünyasına gətirən Conson 1.2 milyard dollar sərvəti ilə Amerikanın biznes jurnalı "Forbes"ə düşüb.
O, idmançı milyarderlər siyahısında dördüncü olaraq tarixə düşüb.
Forbes jurnalının məlumatına görə, Consonun "Starbucks", "Burger King" və "24 Hour Fitness" kimi böyük şirkətlərdə sərmayələri olmasına baxmayaraq, o, real sərvətinin əhəmiyyətli hissəsini ABŞ əyalətinin paytaxtı Des Moinesdə yerləşən həyat sığortası şirkəti "EquiTrust"a borcludur.
Qeyd edək ki, siyahıdakı digər idmançı milyarderlər Amerika Milli Basketbol Assosiasiyasının (NBA) oyunçuları Maykl Cordan və Lebron Ceyms və qolf oyunçusu Tiger Vudsdur.
Günel