Dünyaca məşhur MMA ustası və keçmiş UFC çempionu Həbib Nurməhəmmədov Rusiyadakı bütün bizneslərini bağlayıb.
AZXEBER.COM Rusiya mətbuatına istinadən xəbər verir ki, keçmiş UFC çempionu öz hazırda xaricdəki bizneslərindən ildə təxminən 50 milyon dollar qazanır.
2021-ci ildən bəri Həbib "Rossi Fond"undan və onun adını daşıyan xeyriyyə təşkilatı olan "Hikmit Travel" turizm agentliyindən (2022-ci ilin noyabrında ləğv edilib), geyim brendi "Sildi"dən (qardaşına verilib) və həmçinin "First Mobile Internet" provayderinin təsisçiliyindən istefa verib.
O, həmçinin "Eagles Fight Club"u 2018-ci ildə 2,5 milyard rubl mənimsəməkdə və mütəşəkkil cinayətkar qrup yaratmaqda ittiham olunan Ziyavudin Maqomedova verib.
İdmançının BƏƏ-də qurduğu biznes isə günü-gündən böyüyür. Məlumata görə, Həbib BƏƏ-də "KHABIB GYM" şəbəkəsini quraraq illik 6 milyon dollara qədər gəlir əldə edib.
O, eyni zamanda "Gorilla FC"ni 1 milyon dollara satın alaraq adını "EAGLE FC" olaraq dəyişdirib.
Onun Əmirliklərdə qazandığı ümumi gəlirin ildə təxminən 46 milyon dollar olduğu təxmin edilir.
Aysel










































