Dünya reytinqində ilk pillədə qərarlaşan italiyalı tennisçi Yannik Sinner öz adını daşıyan fond təsis edib.
Fondun məqsədi idmanla məşğul olan uşaqlara dəstək verməkdir.
O, fondun saytına açıqlamasında məqsədlərinin idman təşkilatlarına, məktəb proqramlarına və icma təşəbbüslərinə dəstək vasitəsilə uşaqların təhsilini inkişaf etdirmək və idmana çıxış imkanlarını artırmaq olduğunu deyib.
Qeyd edək ki, məşhur tennisçi 2024-cü ildə antidopinq qaydalarını pozduğuna görə üç aylıq diskvalifikasiya olunub.
///Report