Rusiyanın məşhur "qanuni oğru" və "lotu"larından biri, "Giya Qalski" kimi tanınan 35 yaşlı Georgi Zarandiya "Tatu" qrupunun sabiq solisti, populyar müğənni və aktrisa Yuliya Volkova ilə evlənib.
Milli.Az Prime Crime-a istinadən bildirir ki, 6 aydan bəri qeyri-rəsmi nikahda yaşayan Zarandiya və Volkovanın toyu Kiprdə olub.
Volkova ərindən hamilədir. O, 3-cü övladına hamiləliyin 5-ci ayındadır.
Yuliya Volkova indiyədək iki dəfə ərdə olub.
19 yaşında o, cangüdəni ilə nikahda olmuş və bu nikahdan oğlunu dünyaya gətirmişdi.
2007-ci ildə o, "Mosstroymexanizasiya" trestinin sahibinin oğlu Samirə ərə getmiş, bu izdivacda qızını, ikinci övladını doğmuşdu.




