Məşhur məşqçi: "Barselona"da işləməkdənsə, gedib tarlada işləyərəm"

Məşhur məşqçi: "Barselona"da işləməkdənsə, gedib tarlada işləyərəm"
İDMAN
10:35 27.01.2018
2078
"Tottenhem"in baş məşqçisi Maurisio Poçettino maraqlı açıqlamalar verib. 
 
Adı tez-tez "Real", PSJ və "Barselona" ilə yanaşı hallanan argentinalı mütəxəssisin açıqlamaları dünya mediasının gündəminə çevirilib.

"Barselona" ilə bağlı sualı cavablandıran Poçettino futbolçu karyerası ərzində uzun illər oynadığı "Espanyol"a olan hörməti səbəbindən heç vaxt Kataloniya klubunu çalışdırmayacağını bildirib: 

"Barselona"da işləmək? Bunu əsla, amma əsla etmərəm. "Barselona"da çalışmaqdansa, gedib Argentinada tarlada işləyərəm. Ən azından sabiq klubuma xəyanət etməmiş olaram".

Poçettino həmçinin "Tottenhem"ə hörmət əlaməti olaraq heç vaxt "Arsenal"da işləməyəcəyini bildirb.
 
///

Qaynarinfo
OXŞAR XƏBƏRLƏR