Məşhur model və aparıcı Özge Ulusoy mükafatlandırma mərasiminin aparıcılığını etdiyi zaman gözlənilməz hadisə ilə rastlaşıb.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, tədbirdə mükafat almaq üçün səhnəyə çıxan iş adamı Lokman İn Özge Ulusoyu dələduz adlandıraraq, model tərəfindən aldadıldığını iddia edib.
Lokman İnin səhnədəki çıxışı zamanı Özge Ulusoyun zalı tərk etməsi diqqət çəkib.
Modelin vəkili mövzu ilə bağlı açıqlama verib:
"Özge Ulusoy 20 ildən artıqdır ki, ictimaiyyət tərəfindən yaxşı tanınan, nailiyyətləri ilə heyranlıq və böyük reputasiya qazanmış aktrisa, model və aparıcıdır. Son hadisələr Ulusoyun adından və reputasiyasından sui-istifadə edərək, sosial mediada iştirak edən şəxsin və ya şirkətin reklamını artırmaq, ictimai sensasiya yaratmaq və kommersiya reklamı qazanmaq üçün təşkil edilib. 20 ildən artıq fəaliyyətində ilk dəfə olaraq belə əsassız və məqsədyönlü iddialara məruz qalan müvəkkilimiz şəxsi hüquqlarını, şərəf və ləyaqətini qorumaq üçün cinayət hüququ və xüsusi hüquq üzrə bütün məhkəmə proseslərini başlatmışdır. Reputasiya hücumu təşkil edən bu bəyanatlara qarşı hüquqi mübarizəmiz hər vasitədə qətiyyətlə davam edəcək".
Aysel