Məşhur model zibillikdə yemək yeyərkən görüntüləndi - VİDEO

Məşhur model zibillikdə yemək yeyərkən görüntüləndi - VİDEO
MAQAZİN
13:21 02.05.2023
331
Model Loni Uillison zibillikdə yemək yeyərkən görüntülənib.

AZXEBER.COM xəbər verir ki, illər əvvəl şou-biznesdə ən çox danışılan adlardan olan model Loni Uillison uzun müddətdir ki, küçədən zibil yığır. Yoldan keçən vətəndaşların verdiyi pul, əşya və yeməklə həyatına davam edən model zibildən yemək yığarkən görüntülənib.

8 ildir küçədə yaşayan model zibildən tapdığı yeməyi yeyir. Məşhur ad ətrafdakıların verdiyi pulları, malları, yeməkləri qəbul edərək həyatını davam etdirməyə çalışır. Əlində alış-veriş arabası ilə zibillikdə yemək axtararkən görüntülənən 39 yaşlı təqaüdçü model Loni Uillison yerə düşən yeməkləri yığıb.

İki il əvvəl yanına gələn müxbirlərlə söhbət edən Loni Uillison ətrafdakı pis insanlar ucbatından bu hala düşdüyünü demişdi. 

Həmin görüntüləri təqdim edirik:

Gülay