Dünya şöhrətli model Carre Otis məhkəməyə müraciət edib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, buna səbəb modelin dəfələrlə cinsi istismara məruz qalması olub.
Məşhur model Carre Otisin təcavüz iddiası ilə açdığı məhkəmə prosesi jurnalistlərin gündəminə çevrilib.
71 yaşlı Gerald Marienin Parisdəki evində dəfələrlə təcavüzə məruz qaldığını ifadə edən Otis varlı kişilərlə cinsi əlaqəyə girməyə məcbur edildiyini da bildirib.
Qeyd edək ki, Carre Otis 17 yaşında ikən mənzilində ona qarşı dəfələrlə təcavüz edildiyini və Marienin onu Avropadakı varlı kişilərə satdığını iddia edib.
Hətta Otis Marienin müqavimət göstərməməsi üçün ona "kokain" verməyə məcbur olduğunu da bildirib.
Hətta Otis Marienin müqavimət göstərməməsi üçün ona "kokain" verməyə məcbur olduğunu da bildirib.
Mikayıl Mirzəzadə


