Türkiyənin ən cazibədar modellərindən biri olan Didem Soydan hər zamankı kimi, radikal addımı ilə gündəmə gəlib.
AZXEBER.COM-un məlumatına görə, Soydan tədbirlərdən birində mini ətəklə iştirak edib.
Bu zaman jurnalistlərdən birinin onun ayaqlarını çəkmək istədiyini görə model buna adekvat jestini gecikdirməyib. Didem Soydan əlini ayağının üstünə qoyaraq jurnalistə şəhadət barmağı ilə qeyri-etik jest edib. Foto sosial şəbəkələrdə dərhal yayılıb. Model özü də fotonu paylaşıb və “Vaxtında diqqət etdim və fotoqrafa istədiyi (!) pozanı verdim” deyə rəy bildirib.