Məşhur modelin pul qarşılığında ərəb şeyxləri ilə görüşdüyü iddia edilib

Məşhur modelin pul qarşılığında ərəb şeyxləri ilə görüşdüyü iddia edilib
MAQAZİN
13:17 10.09.2025
222
Rusiyalı məşhur model Anastasiya Reşetovanın ərəb şeyxləri ilə pul qarşılığında görüşdüyü iddia edilib.
 
AZXEBER.COM Rusia mətbuatına istənadən xəbər verir ki, Anastasiya ilin çox vaxtlarında Əmirlikdə yaşayaraq bahalı və açıq-saçıq həyat tərzini nümayiş etdirir.
 
Model ani qərarla İslamı qəbul etdiyini açıqlamışdı.

Rusiya nəşrlərindən biri Reşetovanın imkanlı şəxslərlə 5 milyon rubl qarşılığında görüşdüyünü, hətta dinini müsəlman kişiyə görə dəyişdiyini iddia edən yazı dərc edib.
 
Bundan sonra Reşetova özü səhifəsində abunəçilərin suallarını cavablandıraraq, şayiələrə cavab verib:
 
"Yayılan şayiələr ildən-ilə daha gülməli olur. Mən artıq dəfələrlə cavab vermişəm ki, mənim dinimi dəyişməyim heç bir kişi ilə əlaqəli deyil. Bu barədə yazılanlarda isə heç nəyi inkar etmirəm, lütfən, öz həyatınıza baxın, ümid edirəm ki, şayiələri açıq şəkildə cavablandırmışam".

Aysel
OXŞAR XƏBƏRLƏR