Türk pop musiqisinin sevilən simalarından Mustafa Sandal uzun müddətdir mübarizə apardığı xəstəliyindən danışıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, mahnıları illərlə yaddaşlarda qalan, enerjisi heç vaxt manşetlərdən düşməyən məşhur müğənni Mustafa Sandal "Hadi Anlat" verilişinə çıxıb. Sandal indiyə qədər bilinməyən bir sağlamlıq problemini açıqlayıb.
Tanınmış sənətçi uzun illər "trixotillomaniya" ilə mübarizə apardığını belə izah edib: "Məndə trixotillomaniya (saç yolma xəstəliyi) var idi, indi isə daha çox şiddətlənir".
Gülay