Məşhur müğənni Hatayda zəlzələdən sağ çıxan uşaqlarla görüşdü - FOTO

Məşhur müğənni Hatayda zəlzələdən sağ çıxan uşaqlarla görüşdü - FOTO
DÜNYA
11:58 17.02.2023
245
Zəlzələdən ən çox zərərçəkən vilayətlərdən biri olan Hatayı ziyarət edən müğənni Aleyna Tilki çadır şəhərciyində zəlzələdən zərərçəkənlərə oyuncaqlar paylayıb.

AZXEBER.COM xəbər verir ki, 40 minə yaxın insanın həyatını itirdiyi zəlzələdən sonra məşhur şəxslər fəlakət bölgəsinə müxtəlif yardımlar çatdırmaq üçün qollarını çırmalayıb. Zəlzələ qurbanlarını tək qoymayan digər ad isə məşhur müğənni Aleyna Tilki olub.

İnstaqram hesabını paylaşan Aleyna Tilki Antakya çadır şəhərciyində uşaqları ziyarət edib. Oyuncaq paylayan Aleyna Tilki "Burada uşaqların oyun oynaması, hisslərini paylaşmalarına dəstək olmaq çox vacibdir" - deyib.
 
Qeyd edək ki, zəlzələnin ilk günündən sosial media hesabında aktiv şəkildə fəlakətlər paylaşan Aleyna Tilki izləyicilərindən tam dəstək alıb.
 
Mikayıl
 

 


OXŞAR XƏBƏRLƏR