Məşhur müğənni keçmiş sevgilisini öldürdü – HADİSƏNİN TƏFƏRRÜATI

Məşhur müğənni keçmiş sevgilisini öldürdü – HADİSƏNİN TƏFƏRRÜATI
MAQAZİN
00:03 17.01.2023
845

Müğənni Seçil Çiftçi keçmiş sevgilisini öldürməsi ilə bağlı hər şeyi danışıb.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, müğənni və model olan Seçil Çiftçi bir müddətdir ki, onunla barışmaq istəyən keçmiş sevgilisini öldürüb və atasının köməyi ilə cansız bədənini meşədə gizlədib.

Keçmiş sevgilisinə sosial şəbəkədə təhdid mesajları göndərən Çiftçi açıqlamasında əvvəlki sevgilisini stulun qırıq dəmir ayağı ilə vuraraq öldürdüyünü, atası ilə birlikdə cəsədi meşəlik ərazidə qoyub getdiyini bildirib.

İstanbulda polis qrupları bir ailənin Sancaktepedəki meşəlik ərazidə əlləri və ayaqları bağlı şəxsiyyəti məlum olmayan kişi cəsədi tapdıqlarını bildirdikdən sonra hərəkətə keçib. Meşəlik ərazidə tapılan cəsədin Semih Sevgiyə aid olduğu öyrənilib.

Məlumata görə, Semih Sevgi ayrılsa da Seçil Çiftçini buraxmayıb.

Semih Sevgi söhbət etmək üçün Çiftçinin evinə gedib. Evdə ikisi arasında gedən mübahisədə Seçil Çiftçi stulun qırıq dəmir ayağı ilə Semih Sevgini vurmağa başlayıb. Semih Sevgi orada ölərkən Seçil Çiftçi atası Ç.Ç.-ni köməyə çağırıb. Ata və qızın cəsədi əlləri və ayaqları bağlı olaraq avtomobilin arxasına qoyaraq Sancaktəpədə meşəlik ərazidə qoyub getdikləri öyrənilib.

Ayşən

OXŞAR XƏBƏRLƏR