Məşhur müğənni konsertinə rekord məbləğdə pul xərclədi

Məşhur müğənni konsertinə rekord məbləğdə pul xərclədi
MAQAZİN
11:32 11.10.2023
361
Tanınmış türkiyəli müğənni İrem Derici sonuncu konsertinə 3 milyon TL xərcləyib.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, 16 nəfərlik orkestri və 20 rəqqasdan ibarət komandası ilə səhnəyə çıxan Dericinin konsertində ümumilikdə 150 ​​nəfər çalışıb.

Mərakeş, Amsterdam, İstanbul və Nyu-York-da keçirilən, dörd hissədən ibarət olan konsertdə hər şəhər üçün ayrı dekorasiya, işıqlandırma və kostyumlar hazırlanıb.
 
Derici konsertinin bir hissəsində Mustafa Kamal Atatürkün sevilən mahnılarını akustik şəkildə ifa edib.
 
Bir-birinin ardınca sevilən mahnılarını oxuyarkən rəqs edən İrem Derici gecənin sonunda dəqiqələrlə alqışlarla qarşılanıb.
 
Mikayıl
 

 

 


OXŞAR XƏBƏRLƏR