Məşhur müğənni mirasını küçə heyvanlarına bağışlayacaq

Məşhur müğənni mirasını küçə heyvanlarına bağışlayacaq
MAQAZİN
17:02 04.02.2026
249
Türkiyəli müğənni Cenk Eren vəsiyyətnaməsini hazırladığını açıqlayıb.
 
AZXEBER.COM "Gel Konuşalım" verilişinə istinadən xəbər verir ki, Eren bu qərarı Fatih Ürekin ölümündən sonra verdiyini bildirib.

Eren vəkilinin onun üçün vəsiyyətnamə layihəsi hazırladığını söyləyərək "Vəsiyyətnaməni hazırlamaq faydalıdır. Fatih xəstəxanaya yerləşdiriləndə vəkilimlə danışdım və o, hazırladı" deyə sözlərinə əlavə edib.

Vəsiyyətnaməsi ilə bağlı fikirlərini bölüşən Cenk Eren ilk olaraq uşaqlar, yaşlılar və küçə heyvanlarını düşündüyünü deyib. 
 
Aysel
OXŞAR XƏBƏRLƏR