Məşhur müğənni Qəzza üçün çağırış etdi

Məşhur müğənni Qəzza üçün çağırış etdi
DÜNYA
13:07 29.05.2024
130
Dünyaca məşhur alban əsilli britaniyalı müğənni Dua Lipa Qəzza üçün daimi atəşkəs çağırışı edib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, müğənni bu barədə 88 milyon izləyicisi olan İnstaqram hesabında paylaşım edib.

Hekayə hissəsindən "#AllEyesonRafah (Bütün gözlər Rafah)" həştəqi ilə yazdığı paylaşımda Lipa "Uşaqların diri-diri yandırılması üçün heç vaxt haqlı bir səbəb ola bilməz. Bütün dünya İsrail soyqırımını dayandırmaq üçün səfərbər olur", - deyə o açıqlamasında əlavə edib.

Beynəlxalq Ədalət Məhkəməsi (ICJ) mayın 24-də verdiyi ehtiyat qərarlarında İsrailin Rəfaha hücumlarını dərhal dayandırması, humanitar yardımların qarşısını almaması və BMT rəsmilərinin Qəzzaya girməsinə icazə verməsi barədə qərar verib. 

İsrail mayın 26-da Beynəlxalq Məhkəmənin hücumları dayandırmağa qərar verdiyi Qəzza zolağının Rəfah şəhərində məcburi köçkün fələstinlilərin çadırlarına hücum edib və hücumda onlarla fələstinlinin həyatını itirdiyi açıqlanıb.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR