Xəbər verdiyimiz kimi, xərçəngdən əziyyət çəkən və hazırda Almaniyada müalicə alan türkiyəli müğənni Cansever üçün təcili olaraq donor axtarılırdı.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni xoş xəbəri sosial media hesabında izləyiciləri ilə bölüşüb.
Sənətçi donor tapıldığını elan edib:
"Əziz dostlarım, donor tapıldı. Allah qoysa, 18 martda xəstəxanaya yerləşdiriləcəyəm. Sümük iliyi nəqli 29 martda həyata keçiriləcək. Sadəcə dua edin ki, hər şey yaxşı olsun. Allahın adı ilə və sizin dualarınızla bundan keçəcəyəm. Hər şey yaxşı olacaq. Allah mənə kömək edəcək. Sizi sevirəm".
Aysel










































