Türkiyəli müğənni Yonca Evcimik yanvar ayında Bodrumda dənizə girib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, mahnıları və rəqsləri ilə türk pop musiqisi tarixində iz qoyan Yonca Evcimik uzun müddətdir Bodrumda yaşayır.
Havaların isti keçməsindən istifadə edən müğənni qış olmasına baxmayaraq dənizə girib. 59 yaşlı müğənni həmin anları instaqram hesabında "2023-cü ilin ilk dənizi" qeydi ilə paylaşıb.
Hər zaman müsbət enerjisi ilə diqqət çəkən Yonca Evcimik gəncliyin sirrini belə izah edib:
"Hər gün 10 min addım atıram, bir saat üzürəm. Axşam yeməyində çox yesəm, ertəsi gün az yeyirəm. Çox su içirəm. Mənfi insanlardan qaçıram. Yoxsa canımı yeyərlər”, - deyə müğənni bildirib.
Ayşən