Azərbaycanlı müğənni avtomobil qəzası keçirdi - AÇIQLAMA

Azərbaycanlı müğənni avtomobil qəzası keçirdi - AÇIQLAMA
MAQAZİN
11:41 06.11.2025
311
"Çox ciddi qəza idi, amma Allaha şükür olsun ki, özümə ciddi xəsarət dəyməyib".
 
Bunu AZXEBER.COM-a açıqlamasında avtomobil qəzasına düşən müğənni Mənzurə Musayeva bildirib.
 
O, zərərin məbləğinin yüksək olduğunu deyib:
 
"Çox ciddi qəza idi, amma Allaha şükür olsun ki, özümə ciddi xəsarət dəyməyib. Hadisə Zərifə Əliyeva adına göz xəstəxanasının yanında baş verib. Maşına ciddi ziyan dəyib, məbləğ olduqca yüksəkdir. Allaha şükür ki, özümə heç nə olmayıb. Dəymiş ziyanın məbləği hələ ki, tam dəqiq məlum deyil. O sığorta şirkətinin hesablamasından sonra müəyyən olunacaq. Amma az deyil. Məni sevənlər narahat olmasın, yaxşıyam".
 
Aysel Hacızadə
OXŞAR XƏBƏRLƏR