"Super Brass" mahnısı hələ də bir çox ölkələrin musiqi çartlarının ilk onluğunda yer alan məşhur ingilis müğənniNiki Minajhamamda, çılpaq vəziyyətində "selfie" fotosunu çəkərək İnstagram-da paylaşıb.
31 yaşlı müğənninin dediyinə görə, duşda olarkən çəkdiyi bu fotoların "konkret məqsəd"i yoxdur.
Fəqət, Britaniya mediasının fikrincə, bu fotolar Niki Minajla məşhur stilistTerrens Devidsonarasındakı qalmaqalla bağlıdır.
T.Devidson reper müğənnini məhkəməyə verərək ondan təzminat qismində 30 milyon dollar tələb edib.
"Niki Minaj sıradan bir, adi görünüşə malik qadın idi. Onun indiki imicinin müəllifi mənəm. Məhz mənim sayəmdə Nikini belə tanıyıblar. O isə hər şeyi inkar etdi, guya özünün uğurlara nail olduğunu dedi. Bu yalan da məni sinirləndirir", - T.Devidson deyib.
Niki Minajın sözlərinə görə, zahiri görünüşünə görə kimsəyə borclu deyil: "Mən, onsuz da, gözələmsə, kimlərsə niyə boş iddialarla çıxış etməlidir?" (milli.az)




