Məşhur müğənnini məhkəməyə verdilər: Qardaşı oğlu ilə...

Məşhur müğənnini məhkəməyə verdilər: Qardaşı oğlu ilə...
DÜNYA
00:03 28.07.2022
788
Ricky Martin haqqında şok iddialar irəli sürülüb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, illərə meydan oxuyan müğənni Ricky Martin haqqında heyrət doğuran iddialar səsləndirilib. Bu iddiaların bu qədər gündəmə gəlməsinin səbəbi onun qardaşı oğlu tərəfindən irəli sürülməsidir. 

Ricky Martinin qardaşı Erik Martin bildirib ki, şikayət edən şəxs müğənninin qardaşı oğlu 21 yaşlı Dennis Yadiel Sançesdir. Ricky Martinin qardaşı oğlu Dennis Yadiel Sançeslə 7 ay münasibətdə olduğu və münasibətləri zamanı Sançesə fiziki və psixoloji təzyiq göstərdiyi iddia edilib.

Bundan əlavə, Ricky Martin sosial media səhifəsində verdiyi açıqlamada "Mənə qarşı söylənənlər tamamilə əsassız iddialara əsaslanır. Ona görə də məhkəmə yolu ilə cavab verəcəyəm. Çünki bu, davam edən hüquqi prosesdir. Hazırda ətraflı məlumat verə bilmərəm. Mənə göndərdiyiniz çoxsaylı dəstək mesajlarına görə təşəkkür edirəm”.

Qeyd edək ki, Ricky Martinin günahı sübuta yetirilərsə, onu 50 ilə qədər həbs cəzası gözləyir.
 
Ayşən
OXŞAR XƏBƏRLƏR