Məşhur müğənninin atası koronavirusa yoluxdu

MAQAZİN
15:28 10.04.2020
1558
Əslən barbadoslu olan amerikalı müğənni Rihannanın atası Ronald Fenti koronavirusa yoluxub.

Bu barədə 32 yaşlı sənətçinin atası açıqlama verib.

Evdə müalicə alan R.Fenti açıqlamasında qızının ona ventilyasiya qurğusu bağışladığı və nəticədə onun həyatını xilas etdiyini bildirib: "Qızım Robin mənə hər gün nəzarət edir. Ölə bilərdim. Səni çox sevdiyimi deməliyəm Robin. Mənim üçün çox şey etdi. Ona minnətdaram”.

R.Fenti Rihannanın Barbadosdakı yerli xəstəxanalara 700 min ABŞ dolları dəyərində ventilyasiya qurğuları bağışladığını da söyləyib.
 
///Report

OXŞAR XƏBƏRLƏR