Amerikalı müğənni və aktrisa Canet Cekson qətərli milyarder Vissam Əl-Mana ərə gedib.AZXEBER.COM-un xarici KİV-lərə istinadən verdiyi məlumata görə, onlar hələ keçən il evləndiklərini deyiblər. Toy üstündən xeyli müddət keçməsinə baxmayaraq, gənclər bu barədə indi danışmaq qərarına gəliblər.Amerika KİV-ləri 2012-ci ilin dekabrında Maykl Ceksonun kiçik bacısının 2010-cu ildən bəri görüşdüyü Əl-Manla gizlin nişanladığını yazmışdılar. Xəbər verilir ki, 37 yaşlı milyarder 46 yaşlı müğənniyə nəhəng üzük bağışlayıb ki, o, bunu itirməkdən çox qorxur. Toyun bu ilin yazında Qətərdə baş tutacağı yazılırdı.Bu Canet Ceksonun üçüncü nikahıdır; o, birinci dəfə 18 yaşında müğənni Ceyms Debarja ərə gedib. Lakin 3 aydan sonra ayrılıblar. Müğənninin ikinci seçimi rəqqas Rene Elizondo olub. Canet 1991-ci ildə gizlincə nigah kəsdirmişdi və bu nigah 1999-cu ilədən davam etmişdi.