Məşhur müğənniyə 4 il həbs cəzası

MAQAZİN
17:30 26.09.2013
1871
Seda Sayan Ankaralı Turgutu təhqir etməsi səbəbiylə mühakimə olunacaq. Müğənni Seda Sayana “Ankaralı Turgut” kimi tanınan Turgut Karataşı təhqir və təhdid etməsi iddiası ilə açılan məhkəmədə 4 il həbs tələb edilib. Həmçinin məşhur aparıcı Ece Erken də şahid kimi ifadə verib.İstanbul Sülh Cəza Məhkəməsində aparılan məhkəmə prosesinə şübhəli Seda Sayan qatılmasa da, Turqut Karataş iştirak edib. Məhkəmədə ifadə verən Ece Erken, hadisə günü Turqut Karataşı proqramına qonaq dəvət etdiyini deyib. O, proqram başlayandan bir az sonra studiyanın girişinə gələn Sayanın, Karataşı təhqir etdiyini iddia edib.Turqut Karatşın produseri Emir Can Ata isə şahid qismində çıxış edərkən, studiyada baş verən hadisədən sonra polisə zəng etdiklərini və yalnız polis gəldikdən sonra hadisə yerindən getdiklərini deyib.

OXŞAR XƏBƏRLƏR