Məşhur NBA oyunçusu karyerasını bitirib

İDMAN
20:22 26.09.2024
178
2023/2024 mövsümündə Milli Basketbol Liqasında (NBA) "Memfis Qrizzles"in formasını geyinmiş Derrik Rouz karyerasını bitirib.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, 35 yaşlı amerikalı başketbolçu artıq xəyallarının arxasınca getmək və təcrübəsini bölüşmək istədiyini açıqlayıb.

D.Rouz 2009-cu ildə ən yaxşı debütant basketbolçu adına layiq görülüb. O, 2010/2011 mövsümündə ən dəyərli oyunçu seçilib və bu mükafatın ən gənc sahibi (22 yaş) olub.

Basketbolçu ABŞ yığmasının heyətində 2010 və 2014-cü illərdə dünya çempionatının qalibi adını qazanıb.

OXŞAR XƏBƏRLƏR