Londonun mərkəzində yerləşən Nusr-Et restoranına basqın olub.
AZXEBER.COM bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, Heyvan haqları müdafiəçisi Animal Rebellion qrupunun üzvləri İngiltərənin paytaxtı Londonun mərkəzində yerləşən Nusr-Et restoranına basqın ediblər.
Dekabrın 3-ü yerli vaxtla saat 18.00 radələrində restorana basqın edən fəal qrup əvvəlcədən ayrılmış masalara oturaraq restorana etiraz edib. Nusr-Et-i "korrupsioner sistemin simvolu” olduğu üçün hədəf aldıqlarını bildirən etirazçılar təxminən bir saat sonra Nusr-Et işçiləri tərəfindən restorandan qovulub.
Polis bildirib ki, etiraz aksiyası barədə məlumat daxil olub, lakin əraziyə polislər göndərilməmişdən əvvəl onlar restoranı tərk ediblər.
Aydın