Məşhur olmaq istəyənlərə xoş xəbər

MARAQLI
00:30 22.03.2013
8097
Məşhurluq çox yaxında !!!
Azərbaycanda model, aktyor, fotoqraflıq sənətini və ən əsası müğənnilərin tez bir zamanda Azərbaycan və Türkiyə
səhnəsində tanıdılmasında mühüm rol oynayan "Diamond" Organization & Agency tezliklə öz fəaliyyətini bərpa edəcək. 
Bu haqda AZXEBER.COM-a  şirkətin prezdenti gənc təşkilatçı və prodüser Agil Məmiyev məlumat verib. O, bildirib ki, hazırda gənclər məşhur olmaq üçün bir çox vasitələrə əl atırlar və bir çox hallarda öz istəklərinə çata bilmirlər. Bu səbəbdən onlar çox üzülürlər və passiv həyat tərzi sürməyə davam edirlər. Təşkilatçı qeyd edib ki, şirkətləri belə gənclərə öz istedadlarını böyük səhnələrdə göstərmələri üçün əla bir fürsət yaradıb.
Onun dediyinə görə, şirkətin uğuru Türkiyəyə də səs salıb.
Belə ki, Aqil Məmiyev Türkiyənin məşhur bəstəkarı Onur Murat və məşhur simalarından biri tanınmış aranjmançı Suat Aydoğan, aparıcı və aktrisa Pelin Subay kimi ulduzlarla birgə əməkdaşlıq edib.
Şirkətin mətbuat katibi Vüqar Səfər şirkətin fəalliyəti haqqında maraqlı açıqlama verib: "Tezliklə biz "Diamond" Organization & Agency Azərbaycanın,Türkiyənin və eləcədə Rusiyanın tanınmış şou- biznes ulduzları ilə əməkdaşlığa başlayacağıq. Bizim şirkətin fəaliyyəti bunlardan ibarətdir. Konsertlərin, fashion şou party və tədbirlərin təşkilatı.
"Diamond" Organization & Agency eyni zamanda gənc model və aktyorların reklam, film, serial,jurnal və s. çəkilməsində böyük dəstək olacaq
Şirkətin mətbuat katibinin sözlərinə görə casting'lərə start verilmisdir. Seçimlər model, aktyor, fotoqraf, müğənni və s. üzrə aparılır.
Kim özünü gələcək ulduzların sırasında görmək istəyirsə şirkətə buyurub gələ bilər və ya əlaqə saxlaya bilər:
Aqil Memiyev 050-535-38-45
Vüqar Sefer 055-943-76-68
OXŞAR XƏBƏRLƏR