Dünyanın ən məşhur otel şəbəkələrindən birində ailəsi ilə birlikdə qalan gənc qız otelin hovuzunda faciəvi şəkildə ölüb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, hadisə ABŞ-nin Hyuston şəhərindəki otellərdən birində baş verib.
Ailəsi ilə tətildə olan 8 yaşlı Aliyah Yayko hovuzda əylənərkən qəfildən hovuzun dibindəki axıdıcı boruya sovrulub.
Otel işçiləri və təhlükəsizlik qüvvələri suyun altında qalan və mübarizə aparsa da xilas ola bilməyən uşağın cansız bədəninə çata bilib.
Borunun içindən yeganə əli və bədəninin bir hissəsi görünən kiçik qıza saatlar sonra çatmaq mümkün olub.
Kiçik qızın anası Daniela Yayko qızı ilə son fotosunu paylaşaraq kədərli xəbəri açıqlayıb.
Həmin fotonu təqdim edirik:
Mikayıl