Məşhur platforma Nüsretdən bəhs edən film çəkəcək

Məşhur platforma Nüsretdən bəhs edən film çəkəcək
DÜNYA
14:03 15.08.2023
278
"Atatürk" serialı ilə bağlı verdiyi qərardan sonra müzakirələrə səbəb olan "Disney Plus"ın dünyaca məşhur aşpaz Nüsret Gökçenin həyatından bəhs edən sənədli film çəkmək üçün hərəkətə keçdiyi iddia edilib.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, yarımsənədli filmi amerikalı rejissor çəkəcək.
 
Gəncliyindən aşpazlığa başlayan və daha sonra öz restoranlarını açan Nüsret Gökçenin layihədən çox həyəcanlandığı bildirilir. Filmdə məşhuru hansı aktyorun canlandıracağı hələlik məlum deyil.

Digər tərəfdən platformada Barış Manço və Kamal Sunal kimi mərhum türk sənətçiləri üçün də oxşar işlər aparılacaq.
 
Qeyd edək ki, Türkiyə bazarına sürətlə daxil olan "Disney Plus" ötən ay Türkiyədən başqa ölkələrdən platformadakı bütün orijinal türk istehsallarını yığışdırıb.
 
Bu qərardan sonra Mustafa Kamal Atatürkün həyatından bəhs edən "Atatürk" serialının yalnız Türkiyədə yayımlanmasına qərar verən "Disney Plus" tənqid hədəfinə çevrilib.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR