Məşhur "qanuni oğru"nun oğulları həbs olundu

Məşhur "qanuni oğru"nun oğulları həbs olundu
DÜNYA
15:13 31.05.2022
452
Gürcüstanın paytaxtı Tbilisidə Quku və David Kakulya qardaşları həbs olunub.

AZXEBER.COM lent.az-a istinadən xəbər verir ki, onlar Tbilisinin mərkəzindəki davada iki nəfəri güllələyiblər. Qardaşlar hadisə yerindən qaçsa da, azərbaycanlıların yaşadığı Ortaçala rayonundakı evlərin birində ələ keçiblər.

Onların üzərindən odlu silah götürülüb.

Xatırladaq ki, Kakulya qardaşları Gürcüstanın məşhur "qanuni oğru"larından olan "Dato Tbiliski"nin övladlarıdır.
OXŞAR XƏBƏRLƏR