Çexiyalı hokkey qapıçısı Dominik Qaşek karyerasını başa vurub.
47 yaşlı qolkiper yeni komanda tapa bilmədiyi üçün çıxışlarına son qoyub.
O, Milli Hokkey Liqasına (NHL) qayıtmaq istəyib, bu məqsədlə “Vankuver Kenaks” və “Karolina Harrikeyns” klubları ilə danışıqlar aparıb. Lakin razılıq əldə olunmayıb.
Qeyd edək ki, Dominik Qaşek peşəkar karyerasına Çexiya klublarında başlayıb. Lakin o, “Baffalo Seybrs” və “Detroyt Red Uinqs”da məşhurlaşıb. “Baffalo”nun heyətində Qaşek 6 dəfə NHL-in ən yaxşı qapıçısı sayılıb. Qolkiper 2002 və 2008-ci illərdə “Detroyt”la Stenli Kubokunu qazanıb. 2008-ci ildə bu klubdan ayrılan Qaşek növbəti mövsüm Çexiya “Pardubitse”si, 2010-cu ildə Rusiya “Spartak”ı ilə müqavilə bağlayıb. O, Çexiya yığmasının heyətində 1998-ci ildə olimpiya çempionu, 2006-cı ildə isə olimpiya bürüncünün sahibi olub.