Türkiyənin nüfuzlu qəzetlərindən biri, gündəlik nəşr olunan “Star” qəzetinin iki yazarı - Orxan Miroğlu və Elif Çakır qəzaya uğrayıb. Hadisə Mardin – Şırnak magistral yolnda baş verib. Məlumata görə, minik avtomobili ilə Mardindən Şırnaka getməyə hazırlaşan yazarların maşını yolda dərəyə yuvarlanıb. Yaralılar Mardin dövlət xəstəxanasına çatdırılıblar. Həkimlər hər iki yaralının vəziyyətinin qənaətbəxş olduğunu bildirib. //anspress