Dünyaca məşhur amerikalı rejissor Frederik Vayzman vəfat edib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, rejissor 96 yaşında dünyasını dəyişib.
Onun ölüm xəbəri ailəsi və yaratdığı "Zipporah Films" əməkdaşları tərəfindən təsdiqlənib.
Qeyd edək ki, Frederik Vayzman karyerası ərzində onlarla ekran işi təqdim edib və 2016-cı ildə fəxri "Oskar" mükafatına layiq görülüb. Onun "Titicut Follies", "Lisey", "Xəstəxana", "Qanun və cəza", "Şəhər administrasiyası" kimi filmləri var.










































