Baby Shark mahnısı ilə tanınan amerikalı reper ralan Styles, Ohio-da bir soyğun zamanı vurulub.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, 22 yaşlı amerikalı reper Ralan Styles, onu soymağa çalışan insanlara müqavimət göstərərkən vurulub.
Əsl adı Maykl Robinson olan sənətçi polis tərəfindən səhər 5 radələrində vurulmuş halda tapılıb. Tibbi müdaxilələrə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb.
Hadisəni törədən şəxs saxlanılıb. Hadisə ilə bağlı məlumatı reperin qardaşı Lil Goat instagram hesabında bölüşüb.
O, paylaşımında bildirib:
"Mənim kiçik qardaşım, hələ də mənə zəng edib hər şeyin zarafat olduğunu söyləməyini gözləyirəm. Səni sevirəm, qardaş. Mən sağ olduğum müddətdə sən heç vaxt ölməyəcəksən".
Oksana