Məşhur repçiyə əlavə ittihamlar irəli sürüldü

DÜNYA
14:15 21.10.2024
136
Amerikalı reper Didiyə qarşı cinsi istismar və zorakılıq ittihamları ilə daha 5 iddia qaldırılıb.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu barədə NBC News əldə etdiyi iddia sənədlərinə əsasən məlumat verib.
 
Diddy tərəfindən cinsi təcavüzə və zorakılığa məruz qaldıqlarını ifadə edən şəxslərin vəkili olan Tony Buzbee məşhur reperə qarşı 5 yeni iddia qaldırıb.
 
Buzbee tərəfindən açılan iddiaların fayllarında 2000-2022-ci illər arasında Diddy tərəfindən 2-si kişi, 3-ü qadın olmaqla 5 nəfərin cinsi istismara məruz qaldığı və zorlandığı qeyd edilib.

Dosyelərdə Diddinin 4 nəfərə narkotik maddə verərək cinsi istismara məruz qoyduğu və  təcavüz etdiyi iddia edilmiş şəxslərdən birinin o zaman 13 yaşında olduğu bildirilib.
 
Daha sonra 16 yaşlı uşaq da daxil olmaqla 4-ü kişi olmaqla 6 nəfəri cinsi istismara məruz qoyduğu iddiası ilə Diddy haqqında yeni iddialar açıldığı açıqlanıb.
 
Buzbee, ümumilikdə 7 iddia qaldırmağı planlaşdırdığını və hər həftə Diddy-ni məhkəməyə verəcəklərini bildirib.
 
Oksana

OXŞAR XƏBƏRLƏR