Məşhur reper ona qarşı irəli sürülən ittihamları təkzib etdi

DÜNYA
14:02 19.09.2024
146
Cinsi təcavüzdə günahlandırılan "Diddy" ləqəbli amerikalı aktyor, prodüser və reper Şon Kombs günahsız olduğunu iddia edib.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, məşhur rep ifaçısı aylardır ki, cinayət işi üzrə istintaqa cəlb olunub.
 
Nyu-Yorkda saxlanılan Kombs Manhettendə federal məhkəmədə ona qarşı irəli sürülən bütün ittihamları rədd edib. Məhkəmədən sonra təşkil edilən mətbuat konfransında Nyu York prokuroru Damian Williams:
 
"Bu ofis nə qədər güclü, zəngin və ya məşhur olmağınızdan asılı olmayaraq, etdiyiniz işlə məşğul olan hər kəsi təhqiq etmək və mühakimə etmək öhdəliyi götürür”, -deyə bildirib.
 
İddianamədə Şon Kombs və onun tərəfdaşlarının "qadın qurbanlarını, çox vaxt romantik münasibət bəhanəsi ilə aldadıb, cinsi əlaqəyə girməyə və narkotik istifadə etməyə məcbur etdiyi" iddia edilib.
 
Şon Combs-un vəkili Marc Agnifilo, müvəkkilinin qüsurlu bir insan olduğunu, lakin günahkar olmadığını iddia edib.
 
Digər tərəfdən, Sean Combs sosial media hesabında:
 
"Bəsdir artıq. Asan yolla pul qazanmaq istəyən insanlar tərəfindən mənə qarşı iyrənc ittihamlar irəli sürülüb. Mən iddia edilən dəhşətli şeylərin heç birini etməmişəm. Adım, ailəm və həqiqət üçün mübarizə aparacağam",-deyə paylaşım edib.
 
Qeyd edək ki, onun keçmiş sevgilisi, müğənni Kessi Ventura 2023-cü ilin noyabrında ona qarşı cinsi təcavüz etdiyini iddia edərək, Sean Combs-a qarşı iddia qaldırmışdı.
 
Oksana
OXŞAR XƏBƏRLƏR