Məşhur rəqqasə dövlətə xəyanətə görə həbs olundu

Məşhur rəqqasə dövlətə xəyanətə görə həbs olundu
DÜNYA
11:55 17.06.2022
1487
Məşhur rəqqasə vətənə xəyanətə görə həbs olunub.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Rusiyada "Katya" ləqəbli rəqqasə 33 yaşlı Yekaterina Zavalişina dövlət sirrini xarici ölkələrə verdiyi iddiası ilə saxlanılıb.
 
İstintaq müddətində 2 ay həbs olunacaq Zavalişinanın hansı ölkədə casusluq etdiyi barədə məlumat verilməyib.

Gənc qadının "gizli dövlət sirləri”ni hansı ölkə nümayəndəsi ilə bölüşdüyü açıqlanmasa da, Zavalişinanın Moskvadan İsveçrəyə qaçmaq üzrəykən tutulduğu açıqlanıb.

Qadının avqustun ortalarında keçiriləcək məhkəməyə qədər həbsxanada qalacağı bildirib.

Zavalişinanın günahı sübuta yetirilərsə, onu 20 ilə qədər həbs cəzası gözləyir.
 
Ayşən
OXŞAR XƏBƏRLƏR