Məşhur türkiyəli oriental rəqqasə Asena 2017-ci ildə ailə qurduğu Həsən Dərə ilə ayrılıq qərarı alıb.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, cütlüyün 8 illik evliliklərini bitirdiyi məlum olub.
Cütlük birgə bəyanat yayıb:
"Bir müddət əvvəl səkkiz illik evliliyimizi qanuni olaraq eyni sevgi, hörmət və dostluqla bitirdik. Biz hələ də bir-birimizi çox sevirik və həmişə yan-yana, dost və tanış olaraq qalacağıq. Ayrılığımızda başqa səbəb axtarılmamasını və buna hörmət edilməsini xahiş edirik. Həssaslığınız və anlayışınız üçün əvvəlcədən təşəkkür edirik"- deyə bildirilib.
Asena təzminat və aliment tələb etməyib.
Aysel