Məşhur restoranda bədbəxt hadisə - Xəsarət alan var

Məşhur restoranda bədbəxt hadisə - Xəsarət alan var
SOSİAL
13:21 12.01.2026
694
Dünən axşam saatlarında Bakının Nizami küçəsində yerləşən "Bonte" restoranında tavan çöküb.

AZXEBER.COM Gününsəsi.info-ya istinadən xəbər verir ki, restoranın tavanının çökməsi nəticəsində orada çalışan işçilər xəsarət alıblar.

Xəsarət alan əməkdaşlar xəstəxanaya çatdırılıblar. Bildirilir ki, yaralı əməkdaşların başına tikiş qoyulub.

Faktla bağlı araşdırmalara başlanılıb.

Özünü restoranın administratoru kimi təqdim edən Sani Quliyev faktı təsdiq edib. O deyib ki, hadisə zamanı bir nəfər xəsarət alıb və xəstəxanaya çatdırılıb.
 

OXŞAR XƏBƏRLƏR