Məşhur restoranlar cərimələndi - SİYAHI

Məşhur restoranlar cərimələndi - SİYAHI
SOSİAL
22:39 27.03.2021
927
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qanunvericiliyin tələblərinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydlər davam etdirilir.

Nəzarət tədbirləri çərçivəsində 26 mart 2021-ci il tarixində ölkə üzrə 456 ictimai iaşə obyektində 766 monitorinq keçirilib. Monitorinqlər zamanı 24 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar olunmuş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda respublika üzrə AQTA müfəttişləri tərəfindən monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.

Uyğunsuzluqlar aşkar edilən ictimai iaşə müəssisələri aşağıdakılardır.

1. Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsində yerləşən, fiziki şəxs Əsgərov Sərxan İsgəndər oğluna məxsus kafe;

2. Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən, fiziki şəxs Nəcəfov Nemət Nəcəf oğluna məxsus restoran;

3. Bakı şəhəri, Səbail rayonu, Ü. Hacıbəyov küçəsi, ev 10 ünvanında yerləşən, fiziki şəxs Ozmen Faruk Cemilə məxsus kafe;

4. Bakı şəhəri, Səbail rayonu, Məmmədəliyev küçəsi, ev 6 ünvanında yerləşən, fiziki şəxs Dadaşov Pərviz Əliağa oğluna məxsus "United Coffee Beans” kafesi;

5. Bakı şəhəri, Yasamal rayonu, Ş. Mehdiyev küçəsi, ev 83/23 ünvanında yerləşən, fiziki şəxs Əhmədova Dilşad Abbasəli qızına məxsus "Gecənin sehrində” kafesi;

6. Bakı şəhəri, Sabunçu rayonu, Şamil Kamilov küçəsi 15 ünvanında yerləşən, fiziki şəxs Tağıyev İlahi Rəhim oğluna məxsus "Pub” kafesi;

7. Bakı şəhəri, Səbail rayonu, Abbasov küçəsi, ev 1 ünvanında yerləşən, hüquqi şəxs "Yeni Bulvar” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus restoran;

8. Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsi 27 ünvanında yerləşən, fiziki şəxs Kantayev Pirdas İbrahim qızına məxsus kafe;

9. Bakı şəhəri, Nərimanov rayonu, Müzəffər Nərimanov küçəsi, ev 25 ünvanında yerləşən, fiziki şəxs Cəfərov Rəhim Ərşad oğluna məxsus kafe;

10. Bakı şəhəri, Nəsimi ‎rayonu, Həsən Əliyev küçəsi, ev 999M ünvanında yerləşən, fiziki şəxs Ağayev İlqar Hüseyn oğluna məxsus kafe;

11. Bakı şəhəri, Yasamal rayonu,‎ Nərimanov küçəsi, ev 9 ünvanında yerləşən, fiziki şəxs Məmmədov Ağa Hacıməmməd oğluna məxsus "Nəlbəki" kafesi;

12. Bakı şəhəri, Binəqədi ‎rayonu, Ə.Rəcəbli küçəsində yerləşən, fiziki şəxs Quliyev Vəli Əlif oğluna məxsus "Zümrüd” kafesi;

13. Sumqayıt şəhəri, Azərbaycan prospekti, ev 79B ünvanında yerləşən, fiziki şəxs Xəlilov İlqar Xəlil oğluna məxsus "Mutlu” dönər evi;

14. Abşeron rayonu, Xırdalan şəhərində yerləşən, fiziki şəxs Qədiyev Anar Elşad oğluna məxsus "Yakudza sush” kafesi;

15. Bakı şəhəri, Nəsimi ‎rayonu, Əlimardan bəy Topçubaşov küçəsi, ev 11 ünvanında yerləşən, hüquqi şəxs SEK” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus "Best Center Hotel” mehmanxnasının tərkibində fəaliyyət göstərən restoran;

16. Bakı şəhəri, Nərimanov rayonu, Əhməd küçəsi, ev 18, mənzil 8 ünvanında yerləşən, fiziki şəxs Aslan Məmmədov Elşad oğluna məxsus "Hazz” mehmanxnasının tərkibində fəaliyyət göstərən restoran;

17. Gəncə şəhəri, M.P.Vaqif küçəsi, ev 160A ünvanında yerləşən, fiziki şəxs Məmmədov Musa Mehman oğluna məxsus kafe;

18. Ağcabədi rayonu, S.Vurğun küçəsində yerləşən, fiziki şəxs Bayramov Babək Hüseyn oğluna məxsus çay evi;

19. Ağcabədi şəhəri, H. Əliyev prospektində yerləşən, fiziki şəxs Hacıyev Məhəmməd Vahid oğluna məxsus "NZS” kafesi;

20. Ağcabədi rayonu, Dörd yol ərazisində yerləşən, fiziki şəxs Quliyev Emin Əhliman oğluna məxsus kafe;

21. İsmayıllı rayonu, Qalınçaq kəndində yerləşən, fiziki şəxs Abbasov Ceyhun Tahir oğluna məxsus "Qardaşlar” çay evi;

22. İsmayıllı rayonu, Topçu kəndində yerləşən, fiziki şəxs Fətəliyev Elmin Vəzirxan oğluna məxsus "Flaminqo” kafesi;

23. Salyan rayonu, Ə.Hüseynov küçəsində yerləşən, fiziki şəxs Qasımov Nurlan Ağaşirin oğluna məxsus kafe;

24. Qazax şəhəri, Ə.Şıxlinski küçəsində yerləşən, fiziki şəxs Həsənov Aydın Sabir oğluna məxsus "Kür” restoranı.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya uzun illərdir bölgədə təhlükəsizlik və sabitlik deyil, məhz zülm, etnik ayrı-seçkilik yayır - ŞƏRH
00:25 29.06.2025
Rusiya uzun illərdir bölgədə təhlükəsizlik və sabitlik deyil, məhz zülm, etnik ayrı-seçkilik yayır - ŞƏRH
Xamenei və onun Azərbaycanla müharibəsi
00:14 29.06.2025
Xamenei və onun Azərbaycanla müharibəsi
Kreml repressiyası - "Skinhed" ruhlu imperiya
23:59 28.06.2025
Kreml repressiyası - "Skinhed" ruhlu imperiya
Yekaterinburqda işgəncə görən azərbaycanlı: "Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirib, yeyib içdilər"
23:50 28.06.2025
Yekaterinburqda işgəncə görən azərbaycanlı: "Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirib, yeyib içdilər"
Hacıbəy Heydərli: Azərbaycan dövləti şimal qonşusundan fərqli olaraq hər bir vətəndaşının arxasındadır
23:34 28.06.2025
Hacıbəy Heydərli: Azərbaycan dövləti şimal qonşusundan fərqli olaraq hər bir vətəndaşının arxasındadır
Kürdəmirdə kişi həyat yoldaşını qətlə yetirib
23:27 28.06.2025
Kürdəmirdə kişi həyat yoldaşını qətlə yetirib
 Baş redaktor: “Rusiya özünün işğalçı müharibəsinə azərbaycanlıları zorla qoşulmağa məcbur edir”
23:20 28.06.2025
Baş redaktor: “Rusiya özünün işğalçı müharibəsinə azərbaycanlıları zorla qoşulmağa məcbur edir”
“Bu, çökən imperiyanın refleksidir”
23:15 28.06.2025
“Bu, çökən imperiyanın refleksidir”
Rusiyada baş verənlər Stalin repressiyalarını belə kölgədə qoyur: Şovinist siyasətin tarixi
23:11 28.06.2025
Rusiyada baş verənlər Stalin repressiyalarını belə kölgədə qoyur: Şovinist siyasətin tarixi
Overçukun Azərbaycana səfəri ləğv olundu - Yekaterinburqdakı hadisələrə görə
23:01 28.06.2025
Overçukun Azərbaycana səfəri ləğv olundu - Yekaterinburqdakı hadisələrə görə
Stiv Uitkoff yaxın günlərdə İran rəsmiləri ilə danışıqlar aparacaq
22:56 28.06.2025
Stiv Uitkoff yaxın günlərdə İran rəsmiləri ilə danışıqlar aparacaq
İsrail Livana zərbə endirib, "Hizbullah"ın bölmə komandanı öldürülüb
22:47 28.06.2025
İsrail Livana zərbə endirib, "Hizbullah"ın bölmə komandanı öldürülüb
Orban: Ukraynanın NATO-ya daxil olması III Dünya müharibəsinə gətirib çıxaracaq
22:41 28.06.2025
Orban: Ukraynanın NATO-ya daxil olması III Dünya müharibəsinə gətirib çıxaracaq
İsrail HAMAS-ın qurucularından birini zərərsizləşdirib
22:31 28.06.2025
İsrail HAMAS-ın qurucularından birini zərərsizləşdirib
Azərbaycanlıların saxlanması ilə bağlı iş xüsusi nəzarətə götürüldü
22:05 28.06.2025
Azərbaycanlıların saxlanması ilə bağlı iş xüsusi nəzarətə götürüldü
İraqda Türkiyə Ordusunun taboruna hücum olub, 10 hərbçi yaralanıb
21:50 28.06.2025
İraqda Türkiyə Ordusunun taboruna hücum olub, 10 hərbçi yaralanıb