Məşhur rus aktyoru vəfat edib

MAQAZİN
13:57 20.08.2015
1684

Bu gün məşhur aktyor və rejissor, SSRİ xalq artisti Lev Durov Moskvada vəfat edib.

AZXEBER.COM RİA-Novosti-yə istinadən xəbər verir ki, bu barədə aktyorun qızı Yekaterina Durova bildirib.Onun sözlərinə görə, avqustun 7-dən xəstəxanaya yerləşdirilən Durovun durumu ağır qiymətləndirilirdi. Məşhur aktyor sətəlcəmdən əziyyət çəkib.Durov 1931-ci il dekabrın 23-də Moskvada anadan olub. 1967-ci ildə Moskva Dramatik Teatrına qəbul olunub. 1954-cü ildən filmlərə çəkilməyə başlayan aktyor 160-dan çox rol oynayıb.
OXŞAR XƏBƏRLƏR