Məşhur rus aktyoru vəfat etdi

DÜNYA
00:01 25.11.2021
307
Rusiyanın tanınmış teatr və kino aktyoru Vladimir Kuznetsov vəfat edib.
 
AZXEBER.COM xəbər verir ki, bu barədə "Kino-teatre.ru" portalı məlumat yayıb.

Onun ölümünün səbəbi dəqiqləşdirilməyib. Rusiyalı aktyorun 65 yaşı var idi, 42 filmdə, o cümlədən Leonid Qaydayın məşhur "12 stul” kinosunda və bəzi seriallarda rol almışdı.
 
O, teatr səhnəsində də çıxış edib, xüsusən 1973-1993-cü illərdə Nikita Mixalkovun rəhbərliyi ilə Teatr və Kino Mərkəzində fəaliyyəti ilə yadda qalıb.

OXŞAR XƏBƏRLƏR