"Фабрики звёзд-5"in qalibi 37 yaşlı müğənni Viktoriya Daineko 38 yaşlı geoloq Berkeli Ovezov ilə ailə qurub.
AZXEBER.COM Rusiya mətbuatına istinadən xəbər verir ki, sənətçi toy mərasimindən ilk kadrları sosial media hesabında yayımlayıb.
Xatırladaq ki, sənətçi bu ilin martında "Lokomotiv" - "Dinamo" futbol matçında evlilik təklifi almışdı.
Fasilə zamanı Viktoriyanın sevgilisi qarşısında diz çökərək ona üzük təqdim etmişdi.
Bu Viktoriyanın ikinci evliliyidir. Onun ilk nikahından 9 yaşlı qızı var.
Aysel