Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində fəaliyyət göstərən “Qaradağ AND” MMC-yə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı markalanmasında düzgün olmayan məlumatlar verilməklə istehlakçıların çaşdırılmasına səbəb olan 400 markalı sementlərin istehsal edildiyi müəyyənləşib.
İqtisadiyyat və Sənaye Nazirliyindən verilən məlumata görə, bu sementlərin etiketində xalis çəkinin 40kq±2% göstərildiyi halda, faktiki çəkisinin etiket göstəricisindən 2,9 kq az olduğu aşkar edilib.
Yol verilən qanun pozuntusu ilə əlaqədar Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən “Qaradağ AND” MMC barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.