Məşhur senator Con Makkeyn öldü

Məşhur senator Con Makkeyn öldü
DÜNYA
18:40 26.08.2018
3820

ABŞ Senatının ən nüfuzlu üzvlərindən biri, Con Makkeyn avqustun 25-də vəfat edib.

Con Makkeyn son bir ildə beyin xərçəngi ilə mübarizə aparırdı.

 

 

Senator Makkeyn avqustun 24-də apardığı müalicəsini dayandırmağa qərar vermişdi. Con Makkeyn uzun illər ABŞ Konqresində Arizona ştatını təmsil edib. O, Vaşinqtonda Respublikaçılar Partiyasının ən nüfuzlu nümayəndələrindən biri idi.

Senator Makkeyn Vyetnamda döyüşüb, onun təyyarəsi vurulandan sonra beş ildən çox əsirlikdə qalıb. Kapitoliya təpəsində xidmət etdiyi 35 il ərzində altı dəfə Senata seçilib. 2000-ci ildə Respublikaçılar Partiyasından prezidentliyə namizədlərdən biri olub, lakin ilkin seçkilərdə qubernator Corc Buşa uduzub və Buş ABŞ Prezidenti seçilib. 2008-ci ildə Makkeyn Respublikaçılar Partiyasından prezidentliyə əsas namizəd olub, lakin demokrat Barak Obamaya uduzub. Son üç ildə Makkeyn Donald Trampın ən qatı tənqidçilərindən biri olub.

OXŞAR XƏBƏRLƏR