Müğənni və qəzet şərhçisi Seren Serengil koronavirus məhdudiyyətlərinin aradan qaldırılmasından sonra səhnəyə çıxan Kənan Doğulu ilə bağlı təəccüblü bir açıqlama verib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, müğənni bu barədə türk telekanalı olan Bəyaz TV-də yayımlanan "Söyləməsəm olmaz" verilişində danışıb.
Serengil məşhur müğənni Kənan Doğulunun koronavirus testinin nəticəsi müsbət çıxmasına baxmayaraq, konsert verdiyini və minlərlə insanı riskə atdığını bildirib.
Həmçinin Seren Serengil Kənan Doğulunun yüzlərlə izləyicini, pərəstişkarını, komandasını, iş yoldaşlarını və musiqiçiləri riskə atacaq biri olmadığını düşündüyünü ifadə edib və konsert müqaviləsini ləğv edə bilmədiyini, amma yenə də bu davranışının müsbət qərar olmadığını dilə gətirib.
Qeyd edək ki, bu iddialardan sonra Kənan Doğulunun necə cavab verəcəyi izləyicilərin marağına səbəb olub.
Mikayıl Mirzəzadə